"Vaxt da susub, danışmır..." - ​müğənni-bəstəkar
Atası müğənniyə xəbərdarlıq etdi
Filmi 37 il sonra ilk dəfə nümayiş olunacaq - foto
Müğənni 152 kilodan 82 kiloya düşdü - foto

Facebook instagram Twitter Youtube
GÜNDƏM

“Qarabağ Azərbaycandır!” adlı videoçarx hazırlandı

23-11-2020


Beynəlxalq Muğam Mərkəzi dövlətimizə və ordumuza dəstək məqsədilə hərbi vətənpərvərlik mövzusunda “Qarabağ Azərbaycandır!” adlı videoçarx hazırlayıb.

Mtv.az xəbər verir ki, müasir Azərbaycan tarixinin çox mühüm, taleyüklü, zəfər dolu günlərində şanlı Ordumuza dəstək məqsədilə lentə alınan 3 hissəli videoçarxda muğam ifaçıları Ali Baş Komandana və ordumuza dəstəklərini ifadə ediblər.

Vurğulanıb ki, Qarabağın azadlığı uğrunda ümummilli həmrəyliyimiz bizi bu xoşbəxtliyə qovuşdurub. Bu xoşbəxtlik naminə vətən oğullarımız son nəfəsinədək vuruşub, Qarabağın keçilməz dağlarında qanları ilə tarix yazıb. Torpaqlarımız doğma Azərbaycanına qovuşub. Dədə-baba torpaqlarımız erməni vandallarının əsarətindən azad olunub.

“Qarabağ Azərbaycandır!” videoçarxında Xalq artistləri Ramiz Quliyev, Möhlət Müslümov, Fikrət Verdiyev, Mənsum İbrahimov, Teyyub Aslanov, Munis Şərifov, Gülyanaq Məmmədova, Fəxrəddin Dadaşov və Əməkdar artistlər Nuriyyə Hüseynova, Elnur Zeynalov, Səbuhi İbayev, BMM-nin solistləri Rövşən Qurbanov, Könül Xəlilzadə, Səbinə Ərəbli , Elgiz Əliyev və digər xanəndələrin çıxışları yer alıb.

Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad etdiyi doğma torpaqlarımızdan çəkilmiş kadrların da yer aldığı videoçarxın birinci hissəsini BMM-nin “YouTube” və sosial şəbəkə hesablarından izləmək mümkündür.

71 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
18 Yanvar


















16 Yanvar