Silvestr Stallonni yeni filmdə çəkilir
Əfsanəvi hind aktyoru vəfat etdi - foto
Aktyor izləyicisini təhdid etdi
Rafet El Roman "üsyan" etdi


Facebook instagram Twitter Youtube
GÜNDƏM

Azərbaycanın Xalq artisti vəfat etdi

21-11-2020


Azərbaycanın Xalq artisti, tanınmış diktor Sabir Ələsgərov vəfat edib. Mtv.az xəbər verir ki, o, bu gün 84 yaşında dünyasını dəyişib. Sabir Ələsgərov səhhətində yaranan problemlərə görə, bu ilin aprelində 1 saylı Şəhər Kliniki Xəstəxanasının Reanimasiya şöbəsinə ağır vəziyyətdə yerləşdirilmiş, bir ay sonra isə evə buraxılmışdı. Sabir Mәmmәd oğlu Ələsgərov 27 oktyabr 1936-cı ildə Tbilisidə anadan olub. 1961-ci ildə Azәrbaycan Pedaqoji Rus Dili vә Ədәbiyyatı İnstitutunu bitirib. Azәrbaycan Dövlәt Teleradio Verilişlәri Komitәsindә (indiki Azәrbaycan Televiziya vә Radio Verilişlәri QSC) fәaliyyәtә başlayan S.Ələsgərov 1966–72 illәrdә radionun, 1972–90 illәrdә televiziyanın baş diktoru, 1990–2006 illәrdә televiziyanın diktorlar şöbәsinin müdiri olub. “Xәbәrlәr” informasiya proqramının, “Sәadәt”, “Günün nәbzi”, “Sәfa” vә s. verilişlәrin daimi aparıcısı olub. Hökumәt tәdbirlәri vә bayram şәnliklәrindәn reportajların, dövlәt әhәmiyyәtli verilişlәrin hazırlanıb efirә verilmәsindә yaxından iştirak edib.

24 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
23 Noyabr




















21 Noyabr