Aktyorun bəraətinə qərar verildi
"Yataqxanalarda yaşamışam..." - müğənni
Aktyor maskasız gəzərək qaydanı pozdu
Müğənni fevral ayında boşanır

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Beynəlxalq və yerli ekspertlər Şuşaya gedəcəklər

18-11-2020


İşğaldan azad edildikdən dərhal sonra Şuşanın UNESCO-nun Mədəni İrs Siyahısına salınması üçün işlərə başlamışıq.

Mtv.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət nazirinin birinci müavini, mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov deyib.

O bildirib ki, 1977-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Şuşa Tarixi-Memarlıq Qoruğu yaradılıb: "2001-ci ildə isə Azərbaycan tərəfinin təklifi ilə Şuşa şəhəri UNESCO-nun ilkin siyahısına daxil edilib. Sadəcə olaraq, Şuşa 28 il düşmən tapdağında olduğu üçün və oradakı bir sıra tarixi abidələr - qala divarı, ev muzeyləri, məscidlər barbarcasına dağıdıldığı üçün biz bunu Ümumdünya İrs Siyahısına daxil etmək iqtidarında deyildik. Lakin Şuşa işğaldan azad edilən kimi biz dərhal elan etdik ki, işlərə başlamışıq. Bununla bağlı artıq beynəlxalq və yerli ekspertlərlə əlaqələr yaradılıb. Şuşanın tarixi mərkəzinə səfər ediləcək, oradakı mədəniyyət incilərinin monitorinqi aparılacaq və bunun əsasında da namizədlik dosyesi hazırlanaraq UNESCO-ya təqdim ediləcək".
 

89 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
21 Yanvar
















20 Yanvar