Müğənni 22 milyon manat qazandırdı
Aktyorun bəraətinə qərar verildi
"Yataqxanalarda yaşamışam..." - müğənni
Aktyor maskasız gəzərək qaydanı pozdu

Facebook instagram Twitter Youtube
GÜNDƏM

"Biz qalib xalq kimi tarix yazırıq" - Xalq artisti

12-11-2020


Vətən müharibəsi noyabr ayını tariximizə Böyük qələbə ilə həkk edə bildi. Tarixi qələbə Müzəffər Ali Baş Komandanın, ordumuzun səyi və mübarizliyi nəticəsində əldə edildi. Biz bu qələbəni günlərlə bayram etsək yenə də azdır.

Mtv.az xəbər verir ki, bu sözləri Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynov deyib.

O bildirib ki, hər bir azərbaycanlı, xüsusən də musiqiçi üçün bu böyük bir məna kəsb edir: “Qarabağ musiqimizin beşiyi, vətənidir. Bu gün Üzeyir bəyin, Xan Şuşinskinin, Seyiddin, Sadıqcanın və görkəmli mədəniyyət xadimlərinin ruhu şaddır. Bu gün mənim ulu babalarımın ruhu şaddır. Vətən nisgili, işğal altında olan torpaqlarımız ağrısı bitir və biz qalib xalq kimi tarix yazırıq. Şuşanın başı dumanlı dağlarında bu gün Azərbaycan əsgəri keşik çəkir. Qədim Qala divarları bizlərin yolunu gözləyir.

Düz 28 il bu xoşbəxt sabahın açılacağını gözlədik. Bu gün o gündür. Bu günü bizə Müzəffər Ali Baş Komandanımızın misilsiz cəsarəti və rəşadətli ordumuz nəsib etdi. Şəhidlərimiz bu möhtəşəm Qələbə tarixini öz qanları ilə yazdılar. Azərbaycan Qarabağa qovuşdu. Dədə-babalarımızın qoruyub bizə saxladığı əvəzsiz miras, başımızın tacı, ruhumuzun yelkəni Şuşa əsirlikdən azad olundu.

Azərbaycan cəmiyyəti, Azərbaycan gəncliyi üçün yeni həyat, yeni tarix başlayır. Qələbə xəbəri bizi qürurlandırdı, başımızı dik tutdu. Yaşasın Ali Baş Komandanımız və Ordumuz! Bir daha Müzəffər Ali Baş Komandana təşəkkürümü bildirirəm! Noyabrın 10-u xalqımızın tarixinə şanlı, qızıl hərflərlə yazıldı! Qarabağ Azərbaycandır!
 

84 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
21 Yanvar


















20 Yanvar