GÜNDƏM
Mənsum İbrahimov: "İndi Üzeyir Hacıbəylinin, Xan Şuşinskinin ruhu şaddır"
11-11-2020

Şuşa bizim qürur yerimiz və mədəniyyət paytaxtımız, böyük dahi sənətkarların yetişdiyi bir bölgədir. Mən də öz səsimi məhz o torpaqda qazanmışam. Mtv.az xəbər verir ki, bunu Xalq artisti, Milli Konservatoriyanın professoru Mənsum İbrahimov deyib. “Qələbə günündə Ali Baş Komandanın və Azərbaycanın Müzəffər Ordusunun xalqa yaşatdığı bu sevinc məndə böyük ruh yüksəkliyi yaşadıb. İndi Üzeyirin, Rəşidin, Xan Şuşinskinin ruhu şaddır. Biz mütləq o torpağa qayıdacağıq, o güllələnmiş heykəlləri öz yerinə qoyacağıq, orada musiqi festivalları keçirəcəyik. Mən də orada Qarabağ şikəstəsini oxuyacağam”, - M.İbrahimov bildirib.
95 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
25 Yanvar
23 Yanvar