Dünya gözəlini heç kim tanımadı - foto
 Tunar dost ölkənin şou-biznesinə qatılır
Serialın adı dəyişdirildi
Azərbaycan və Türkiyə konsertlərini müqayisə etdi

Facebook instagram Twitter Youtube
GÜNDƏM

“Ulu Vətən” mahnısı yeni nəfəsdə təqdim edildi

11-11-2020


Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “İTicket” və “Cavan” İctimai Birliyinin təşkilatçılığı ilə sevilən “Ulu vətən” mahnısına Sevda Ələkbərzadə və Türkiyənin məşhur “MaNga” qrupunun solisti Fərman Akgül ilə birgə yeni nəfəs verilərək, klip ərsəyə gətirilib. Mtv.az xəbər verir ki, layihə 27 sentyabr tarixindən etibarən başlayanvə Azərbaycanın ərazi bütövlüyünün bərpası, torpaqlarımızın işğal altından azad olunması naminə Ali Baş Komandanın rəhbərliyi ilə uğurla davam edən Vətən müharibəsində zəfər və qələbələrimizə ithafən ərsəyə gəlib. Layihənin yaradıcı heyəti mahnının bu günlərdə xüsusən gənclər arasında müşahidə olunan yüksək vətənpərvərlik ruhunu daha da yaxşı ifadə edərək, bu ruhun saxlanılmasına töhfə verəcəyini bildirmişdir. Mahnı ilə əlaqədar ölkəmizə səfər edən Fərman Akgül Azərbaycana dəstəyini və sevgisini bu mahnı vasitəsilə çatdırmaq istədiyini bildirib. Türk müğənni “Ulu Vətən” mahnısını əməkdar artist Sevda Ələkbərzadəyə yeni aranjimanda – rok-ballada üslubunda təqdim edib. Bəstəsi Zaur Abdullayevə, sözləri Samirə Xasməmmədovaya məxsus olan mahnının ekran işini rejissor İlham Qasımov öz öhdəsinə götürərək, əməyi ilə Vətənə dəstəyini nümayiş etdirib. İticket və “Base” leyblın birgə hazırladığı layihənin ərsəyə gəlməsində təmənnasız dəstəyini əsirgəməyən “Peachline” şirkətini, A+A EVENTS, stilist Leyla Məmmədovanı və vizaj üçün “Etage by ElnurHasanov”u xüsusi vurğulamaq yerinə düşərdi.

92 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
25 Yanvar


















23 Yanvar