GÜNDƏM
Şuşalı Xalq artisti tarixi zəfərlə bağlı AÇIQLAMA verdi
11-11-2020

“Dünən əziz torpağımız Şuşa bizə qayıtdı. Bu bizim üçün bayramdır”. Mtv.az xəbər verir ki, bunu Xalq artisti, pianoçu Murad Adıgözəlzadə bildirib. “Ötən gün elə həyəcan keçirmişəm ki, gücümü də itirmişəm. Valideynlərim şuşalıdır, hamı məni təbrik etdi. Bu, şuşalıların bayramı deyil, bütün azərbaycanlıların bayramıdır. Mən bu bayram münasibətilə Azərbaycan xalqını təbrik edirəm. Dünən Prezident İlham Əliyev və ordumuz bizə hədiyyə bəxş etdi. Dünənki hədiyyə sərhədsiz və əvəzsizdir", - Xalq artisti qeyd edib. O vurğulayıb ki, qalan torpaqlar da alınacaq: “İstərdim ki, belə müsahibələri Şuşada verək”.
90 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
25 Yanvar
23 Yanvar