Dünya gözəlini heç kim tanımadı - foto
 Tunar dost ölkənin şou-biznesinə qatılır
Serialın adı dəyişdirildi
Azərbaycan və Türkiyə konsertlərini müqayisə etdi

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Qarabağ həqiqətlərinə aid videoçarx hazırlandı

09-11-2020


İkinci Vətən müharibəsi dövründə vətənpərvərlik mövzusunda hazırlanmış və Qarabağdan bəhs edən videolayihələrə biri də əlavə olunub.

Mtv.az xəbər verir ki, “Qarabağ həqiqətləri - 1992-2020” adlı videolayihənin rəhbəri və ideya müəllifi Mədəniyyət Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sektor müdiri Aydın Tağıyev, koordinatoru isə 525.az saytının redaktoru, jurnalist Afaq Rzadır.

Layihənin əsas məqsədi illərdir düşmən tapdağında olan dilbər guşələrimizin haqq səsinə, mövcud durumda terrora məruz qalan Azərbaycanın digər şəhərlərinə və ümumilikdə Qarabağ həqiqətlərinə dünya ictimaiyyətinin diqqətini cəlb etməkdir.

Qeyd edək ki, videolayihədə ölkəmizin tanınan simaları - media nümayəndələri, digər dövlət qurumları əməkdaşları, politoloqlar, xaricdə yaşayan vətəndaşlar, könüllülər, tanınmış psixoloqlar və s. iştirak ediblər.

Müəlliflər videonun ürəyi Qarabağla döyünən, vətənini sevən hər bir azərbaycanlı üçün eyni hisslər yaşadacağına inanır.

Qələbə bizimlədir, Qarabağ Azərbaycandır!
 

94 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
25 Yanvar


















23 Yanvar