Dünya gözəlini heç kim tanımadı - foto
 Tunar dost ölkənin şou-biznesinə qatılır
Serialın adı dəyişdirildi
Azərbaycan və Türkiyə konsertlərini müqayisə etdi

Facebook instagram Twitter Youtube
GÜNDƏM

“Qarabağın musiqi xəzinəsi” layihəsi muğam ustası Bülbülcana həsr olundu

07-11-2020


Beynəlxalq Muğam Mərkəzi (BMM) Azərbaycanın qədim sənət beşiyi Qarabağ bölgəsinin musiqi irsinin təbliği ilə bağlı layihələrini davam etdirir. Mərkəzin “Qarabağın musiqi xəzinəsi” layihəsi də bu bölgənin tanınmış musiqi xadimlərini tanıtdırmaq məqsədi daşıyır. Mtv.az xəbər verir ki, layihənin ideya müəllifi BMM-in direktoru, Xalq artisti Murad Hüseynovdur. İlk mərhələdə Muğam Mərkəzinin foyesində büstləri qoyulan korifey xanəndələr haqqında mərkəzin sosial şəbəkələrdəki səhifələrində məlumat verilir. Layihə üzrə ilk paylaşım Azərbaycan muğam sənətinin formalaşması və inkişafında böyük xidmətləri olan Əbdülbaqi Zülalov – Bülbülcana (1841-1927) həsr olunub. Bülbülcan 1841-ci ildə Şuşa şəhərində anadan olub. Gənc yaşlarından xanəndəliyə başlayan Bülbülcan ölkəmizlə yanaşı Gürcüstanda da şöhrət qazanıb. Həmin dövrdə Tiflisdə elə bir yüksək səviyyəli məclis yox idi ki, Bülbülcan və onun dəstəsi ora dəvət edilməsin. III Aleksandrın Qafqaz səfəri zamanı (1888) Tiflisin “Müctəhid” bağında onun şərəfinə hazırlanan məclisdə Bülbülcan da iştirak edirdi. Böyük xanəndənin bülbül kimi cəh-cəh vurmasından vəcdə gələn III Aleksandr onun at üstündə Kovalenski prospekti ilə (indiki Rustaveli prospekti) keçib getməsinə icazə verilməsini çar canişininə tapşırmışdı. Knyaz Mixail Romanov (I Nikolayın qardaşı) 1904-cü ildə Tiflisə səfər edərkən “Edem” bağında təşkil olunmuş ziyafətdə Bülbülcan o qədər gözəl oxumuşdu ki, knyaz öz barmağındakı 4 karatlıq brilyant üzüyü çıxararaq onun barmağına taxmışdı. Əbdülbaqi Zülalova “Bülbülcan” təxəllüsünü də gözəl zəngulələrinə görə məhz Tiflisdə vermişdilər. 1920-ci ildə Bakıya köçən Bülbülcanı dahi bəstəkar Üzeyir Hacıbəyli muğam ustası kimi konservatoriyaya dəvət edib. O, yaşlı olmasına baxmayaraq, yeni musiqiçi nəsillərinin yetişdirilməsinə töhfələr verib.

81 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
25 Yanvar


















23 Yanvar