"Mənim ürəyim Şuşa"

Heydər Əliyev Fondunun dəstəyi ilə Qarabağın mirvarisi Şuşa haqqında musiqi kompozisiyası hazırlanıb. Mtv.az xəbər verir ki, "Mənim ürəyim Şuşa" adlı mahnının sözləri Çexiyada yaşayan azərbaycanlı tanınmış şairə Leyla Beqimə məxsusdur. Musiqisi isə məhz Almaniyada yaşayan həmyerlimiz, məşhur skripkaçı Anar Bramo tərəfindən bəstələnib. Musiqi kompozisiyasının çəkilişlərini Bakı Media Mərkəzi həyata keçirib. Mahnı Azərbaycan, rus və ingilis dilində səsləndirilib. Musiqi parçasını Əməkdar artist Sevda Ələkbərzadə, Orxan Cəlilov və hazırda ABŞ-da yaşayan müğənni Ülviyyə Salayeva ifa edib. Kompozisiyanın çəkilişlərində drijor Fuad İbrahimov və sənətçilər Kənan Bəşirli, Sahib Paşazadə, Anastasiya Avdeyeva, Nicat Məsimov, Naala Baratelia, “Lumineux” vokal-xor ansamblı və Bakı Kamera Orkestrindən ibarət yaradıcı kollektiv iştirak edib.
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!
