GÜNDƏM
“Qarabağ xalça xəritəsi” hazırlandı - foto
05-11-2020

Azərbaycan Milli Xalça Muzeyi “Qarabağ xalça xəritəsi” hazırlayıb.
Mtv.az xəbər verir ki, bununla bağlı muzeyin direktoru Şirin Məlikova “Facebook”da yazıb.
O bildirib ki, Qarabağın hər şəhərinin, hər kəndinin özünəməxsus xalça ənənələri var:
“Tarixən burada istehsal olunan xalçalar bütün dünyada əks-səda doğurub. Bu diyarın istedadlı sənətkarları əsrarəngiz xalçalar toxuyaraq, ilmələrdə öz dünyagörüşünü, həyat fəlsəfəsini, bədii zövqünü əks etdiriblər.
Şanlı ordumuz torpaqlarımızı azad edərək, Qarabağ xalça sənətimizi də öz el-obasına qaytarır. Qız-gəlinlərimiz öz yurdlarına qayıdıb yenidən biri-birindən nəfis xalçalar toxuyacaqlar”.
Azərbaycanın “Qarabağ xalça xəritəsi”ni təqdim edirik:

94 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
25 Yanvar
23 Yanvar