“Qarabağ – mədəniyyətimizin beşiyi”: Lex qalası

Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə dağıdılan, talan edilən mədəniyyət ocaqları, abidələr, tarixi-memarlıq nümunəsi olan tikililər, Azərbaycan xalqının Qarabağda saxtalaşdırmaya və mənimsənilməyə məruz qalan zəngin mədəni irsi ilə bağlı həqiqətlərin beynəlxalq səviyyədə ictimailəşdirilməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən “Qarabağ – mədəniyyətimizin beşiyi” adlı layihə davam edir.
Mtv.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin məlumatına görə, layihə çərçivəsində növbəti material Lex qalasına həsr olunub.
Lex qalası 1993-cü ildə Ermənistan tərəfindən işğal olunan Kəlbəcər rayonunun Qanlıkənd kəndinin ərazisində yerləşir.
Uca dağ zirvəsində inşa edilən qala XIII—XIV əsrlərdə müdafiə məqsədi ilə tikilmişdir.
Xatırladaq ki, layihə çərçivəsində mədəni irsimizə qarşı vandalizm aktları, əzəli yurd yerlərimizdəki abidələr, tarixi həqiqətlərin yerli və dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün hazırlanan məlumatların müxtəlif dillərdə qlobal internet məkanında, o cümlədən sosial şəbəkələrdə yayılması nəzərdə tutulur.
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!
