Dünya gözəlini heç kim tanımadı - foto
 Tunar dost ölkənin şou-biznesinə qatılır
Serialın adı dəyişdirildi
Azərbaycan və Türkiyə konsertlərini müqayisə etdi

Facebook instagram Twitter Youtube
GÜNDƏM

“Zəfərlərin mübarək! Azərbaycan əsgəri” 

05-11-2020


Azərbaycanın müstəqillik illərində qazandığı ən böyük nailiyyətlərdən biri də qüdrətli orduya sahib olmasıdır. Vətənə sonsuz sevgisi olan, hərbi sirlərə sadiq, yüksək döyüş ruhunda xidmət edən əsgərlərə malik ordu, ən qüdrətli ordudur.

Mtv.az xəbər verir ki, Azərbaycan xalqı xoşbəxt xalqlardandır ki, vətənin suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşən, lazım gəldikdə canından keçən övladları var. Bu gün Azərbaycan əsgəri Müzəffər Ali Baş Komandanının rəhbərliyi ilə Azərbaycanın şanlı tarixini yazır.

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası ordu quruculuğumuz haqqında dolğun məlumatları oxuculara çatdırmaq məqsədilə “Zəfərlərin mübarək! Azərbaycan əsgəri” adlı elektron məlumat bazası hazırlayıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, elektron məlumat bazası “Azərbaycan Respublikasının dövlət rəmzləri”, “Rəsmi sənədlər”, “Görkəmli şəxsiyyətlər Azərbaycan Ordusu haqqında”, “Zəfərlərimiz”, “Erməni terroru”, “Nəşrlər”, “Videoqalereya və Azərbaycan əsgəri” bölmələrindən ibarətdir.

Elektron məlumat bazasında Azərbaycanın ordu quruculuğundan, ulu öndər Heydər Əliyevin bu sahədə olan xidmətlərindən, Milli qəhrəmanlarımızdan bəhs edən kitablar, dövri mətbuat materialları, vətənpərvərlik mövzusunda olan musiqilər və erməni cəlladlarının ölkəmizin müxtəlif bölgələrində törətdikləri terror hadisələri nümayiş olunur. Elektron məlumat bazasında nümayiş olunan materiallar tam mətnləri ilə verilib.

Azərbaycan əsgəri qarşıya qoyulan tapşırıqların öhdəsindən gəlmək qüdrətindədir və istənilən an qalib gələcək!

Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər bu linkdən istifadə edə bilərlər.

 

92 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
25 Yanvar


















23 Yanvar