Meryem Uzerli layihəsindən imtina etdi - foto
Son halı görənləri şoka saldı - foto
Polad Əlamdar seriala qatılmayacaq
Nilgün Belgün koronavirusa yoluxdu

Facebook instagram Twitter Youtube
GÜNDƏM

“Qarabağı bərpa etməyə cümlə hazırız!” - foto

28-10-2020


Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən “Qarabağı bərpa etməyə cümlə hazırız!” adlı videoçarx hazırlanıb.

Mtv.az xəbər verir ki, videoçarx Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır!” çağırışından ruhlanaraq, onun ətrafında birlik nümayiş etdirən ziyalılarımızın Azərbaycanın mədəniyyət beşiyi – Qarabağın bərpası və inkişafı naminə cümlə hazır olmalarının ifadəsidir.

Videoçarxda Azərbaycanın tanınmış sənətkarlarından Xalq artistləri Alim Qasımov, Mənsum İbrahimov, Məleykə Əsədova, Eyyub Yaqubov, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu, Əməkdar artistlər Ədalət Şükürov, Fərqanə Qasımova, Bəhram Bağırzadə, Lalə Məmmədova, Əməkdar mədəniyyət işçisi Aşıq Samirə, Bakı Uşaq və Gənclər Teatrının aktyorları və qəlbi Qarabağ həsrəti ilə döyünən digər mədəniyyət xadimləri iştirak ediblər.

Sözügedən videoçarxı bu linkə daxil olaraq izləmək mümkündür: https://www.youtube.com/watch?v=iN6gwLCBL0Q

 
 





35 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
26 Noyabr








25 Noyabr