Son halı görənləri şoka saldı - foto
Polad Əlamdar seriala qatılmayacaq
Nilgün Belgün koronavirusa yoluxdu
Müğənni sərvətini xeyriyyə işlərinə xərclədi

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Müslüm Maqomayevin qrammofon valı buraxıldı

28-10-2020


Rusiyanın “Melodiya” səsyazma şirkəti Müslüm Maqomayevin mahnılarından ibarət vinil qrammofon valı buraxıb.

Mtv.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Müslüm Maqomayevin anım günündə buraxılan musiqi valında ifaçının 1960-1980-ci illərdəki mahnıları yer alıb. Onun ifasında Polad Bülbüloğlu, Mark Fradkin, Arkadiy Ostrovski və digər sovet bəstəkarlarının mahnıları, eyni zamanda, ifaçının özü bəstələdiyi “Mavi əbədiyyət” kompozisiyası səslənir.

Qeyd olunub ki, mahnıların çoxu – “Mənim Bakım”, "Bənövşələr", "Dünyanın ən yaxşı şəhəri", "Xəyallar, xəyallar" və digərləri məhz Müslüm Maqomayev üçün bəstələnib.

Mahnıların rəqəmsal versiyasına “Spotify”, “Яндекс.Музыка”, “YouTube”, “Apple Music” platformalarında dinləmək olar.

36 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti