Silvestr Stallonni yeni filmdə çəkilir
Əfsanəvi hind aktyoru vəfat etdi - foto
Aktyor izləyicisini təhdid etdi
Rafet El Roman "üsyan" etdi


Facebook instagram Twitter Youtube
GÜNDƏM

Yusif Eyvazovun Moskva konserti baş tutacaq

24-10-2020


Rusiya Dövlət Akademik Böyük Teatrının səhnəsində Azərbaycanın Xalq Artisti Yusif Eyvazovun iştirakı ilə “Bolşoy i Plasido Dominqo: Jizn v opere” qala konserti 24 oktyabrda baş tutacaq.

Mtv.az xəbər verir ki, bu barədə “Sputnik” xəbər yayıb.

Xatırladaq ki, ermənilər azərbaycanlı tenora qarşı məkrli plan hazırlamışdılar. Sosial şəbəkələrdə sənətçinin iştirakını pozmaq məqsədi güdən tələblər dərc etdilər, lakin bu təşəbbüs uğursuz oldu.

Eyvazov özü də baş verənlərdən xəbərdardır və demək lazımdır ki, erməni tərəfin hərəkəti onu heç təəccübləndirmədi.

“Hər şey nəzarət altındadır, narahat olmayın. Çirkli oyun onların həmişəki üslubudur. Sadəcə bütün bunlara reaksiya verməyin”, - Azərbaycanın Xalq Artisti Rusiyadakı həmyerlilərini və pərəstişkarlarını sakitləşdirib.

Konsertin məşqləri 23 oktyabrda Böyük Teatrda olub. Vokalçı əfsanəvi həmkarı ilə söhbətindən bəzi görüntüləri “Instagram” səhifəsində yerləşdirib.
 

51 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
23 Noyabr




















21 Noyabr