Silvestr Stallonni yeni filmdə çəkilir
Əfsanəvi hind aktyoru vəfat etdi - foto
Aktyor izləyicisini təhdid etdi
Rafet El Roman "üsyan" etdi


Facebook instagram Twitter Youtube
GÜNDƏM

Qarabağda Azərbaycan musiqisi səslənəcək - foto

26-10-2020


Qarabağda verəcəyimiz konserti səbirsizliklə gözləyirəm. Azərbaycan musiqisinin Qarabağın hər guşəsində səslənəcəyi günləri çox yaxındadır. Bu sevinci bizə yaşatdığı üçün başda Ali Baş Komandanımız İlham Əliyev olmaqla Azərbaycan Ordusuna sonsuz təşəkkürlərimi bildirirəm. Hazırda məşqlərimiz davam edir. Ən böyük arzum möhtəşəm bir proqramla Azərbaycan musiqisinin beşiyi olan Şuşaya səfər etməkdir. O torpaqlar bizim üçün, Azərbaycan musiqisi, Azərbaycan mədəniyyəti üçün çox darıxıb. Bu həsrətin sona çatdığını iliklərimə qədər hiss edirəm. Qəlbim ifadə edə bilmədiyim hisslərlə doludur. Bu sevincin həddi-hüdudu yoxdur.

Mtv.az xəbər verir ki, bu sözləri Türkiyədə fəaliyyət göstərən “Xəzər” Azərbaycan xalq rəqsləri qrupunun rəhbəri Gülçehre Sarısu Sanqu deyib.

Otuz ildən çoxdur Azərbaycan xalq rəqslərini, musiqisini və mədəniyyətini türk gənclərinə tanıtdığını bildirən Gülçehre xanım söyləyib:

“Bu istiqamətdə bir çox işlərimiz olub. Gənclər Azərbaycan mədəniyyətinə çox böyük maraq göstərirlər. Burada əsas məqsəd Türkiyə və Azərbaycan gənclərinin bir araya gəlməsidir. İki qardaş ölkə gənclərinin hər yerdə olduğu kimi, bu sahədə də həmrəyliyini dünyaya nümayiş etdirməkdir. Mədəniyyətimizi gənc nəsillərə ən düzgün yolla çatdırmaq da bu sahənin təmsilçiləri olaraq hər birimizin borcudur. Bunun üçün əlimdən gələni edirəm. Mən azərbaycanlı qızıyam və bununla da hər zaman qürur duymuşam. Səkkiz yaşımdan etibarən Vətənimin musiqisinə, rəqslərinə aşiq olmuşam və rəqs etməyə başlamışam. Xalqımın mədəniyyətini dünyada tanıtdığım üçün daim fəxr etmişəm”.







43 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
23 Noyabr




















21 Noyabr