Silvestr Stallonni yeni filmdə çəkilir
Əfsanəvi hind aktyoru vəfat etdi - foto
Aktyor izləyicisini təhdid etdi
Rafet El Roman "üsyan" etdi


Facebook instagram Twitter Youtube
GÜNDƏM

Pol Makkartni yeni albom buraxacaq - foto

24-10-2020


Britaniyanın tanınmış “The Beatles” rok qrupunun keçmiş üzvü Pol Makkartni dekabrın 11-də “McCartney III” adlı yeni albomunu təqdim edəcək.

Mtv.az xəbər verir ki, bu barədə ifaçı özünün “Twitter”də yazıb.

44 saniyəlik videoroliklə müşayiət olunan mətndə bildirilib ki, ifaçının sayca 18-ci solo albomu “McCartney” (1970) və “McCartney II” (1980) layihələrinin davamıdır.

“Liverpul dördlüyü”nün üzvü olan Pol Makkartninin bundan əvvəlki “Egypt Station” adlı solo albomu 2018-ci ildə işıq üzü görüb.

“Rolling Stone” nəşrinin yazdığına görə “The Beatles” bütün zamanların ən yaxşı ifaçıları siyahısında birinci yerdə dayanır. Kvartet kommersiya baxımından tarixdə ən uğurlu musiqi kollektivi kimi yadda qalıb. Qrupun mahnılarının satışı 600 milyon dolları keçib. Hit-paradlarda kompozisiyalarının sayına görə “The Beatles” Atlantika okeanının hər iki sahilində liderdir. Qrup 10 qat “Grammy” mükafatı qazanıb, “Time” jurnalı isə qrup üzvlərini XX əsrin ən nüfuzlu şəxsiyyətləri sırasına daxil edib.

Kollektiv 1960-1970-ci illərdə fəaliyyət göstərib. Sonradan dağılmış qrupun üzvləri ayrıca solo karyerasına başlayıblar. Onlardan 78 yaşlı Pol Makkartni və 80 yaşlı Rinqo Starr bu gün də çalışır. Con Lennon 1980-ci ildə pərəstişkarı tərəfindən güllələnib. Corc Xarrison isə 2001-ci ildə uzun sürən xərçəng xəstəliyindən sonra dünyasını dəyişib.



43 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
23 Noyabr




















21 Noyabr