Silvestr Stallonni yeni filmdə çəkilir
Əfsanəvi hind aktyoru vəfat etdi - foto
Aktyor izləyicisini təhdid etdi
Rafet El Roman "üsyan" etdi


Facebook instagram Twitter Youtube
GÜNDƏM

"Hər vəziyyətdə yanınızdayıq..."  

21-10-2020


Gəncədə baş verən terror hadisəsi ilə bağlı Türkiyənin məşhur insanlarının paylaşımı davam edir. 

Mtv.az xəbər verir ki, bu xəbər onları da sarsıdıb.

Türkiyənin tanınmış müğənnisi və rejissoru Mahsun Kırmızıgül "İnstagram" səhifəsində bu sözləri yazıb: "Gəncə və Mingəçevir şəhərində sivil insanlara və uşaqlara yatarkən raket atan Ermənistanın ağlını itirmiş yöntəmi müharibə və insanlığa qarşı cinayət törədir. Ölənlərə Allah rəhmət eləsin, yaralılara şəfa diləyirəm. Savaşlar geridə yıxılmış evlər, yetim uşaqlar buraxır. Ümid edirəm, bu müharibə çox böyüməz və tezliklə qalıcı bir barış ortamı olar".

Ebru Gündeş isə "Facebook" səhifəsində bu sözləri yazıb: "Canım Azərbaycana. Məsumları hədəf alınaraq xaincə etdiyi hücumu şiddətlə qınayır, itirdiyimiz bacı-qardaşlarımıza Allahdan rəhmət, yaralılara şəfa diləyirəm. Hər zaman, hər vəziyyətdə yanınızdayıq. Dualarımız sizinlə".

Türkiyənin məşhur müğənnisi Hadisə və rejissor-aktyor Oqtay Kaynarca da "İntagram" səhifələrində Gəncə terroruna münasibətlərini bildiriblər.

 

37 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
23 Noyabr




















21 Noyabr