Silvestr Stallonni yeni filmdə çəkilir
Əfsanəvi hind aktyoru vəfat etdi - foto
Aktyor izləyicisini təhdid etdi
Rafet El Roman "üsyan" etdi


Facebook instagram Twitter Youtube
GÜNDƏM

“Qarabağ – mədəniyyətimizin beşiyi”: Saatlı məscidi

21-10-2020


Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə dağıdılan, talan edilən mədəniyyət ocaqları, abidələr, tarixi-memarlıq nümunəsi olan tikililər, Azərbaycan xalqının Qarabağda saxtalaşdırmaya və mənimsənilməyə məruz qalan zəngin mədəni irsi ilə bağlı həqiqətlərin beynəlxalq səviyyədə ictimailəşdirilməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən “Qarabağ – mədəniyyətimizin beşiyi” adlı layihə davam edir.

Mtv.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin məlumatına görə, layihə çərçivəsində növbəti material Şuşa şəhərinin “Saatlı” məhəlləsində yerləşən Saatlı məscidinə həsr edilib.

Tarixi məscid 1883-cü ildə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən inşa edilib.

Məscidin inşa edildiyi yerdə əvvəl böyük Azərbaycan şairi Molla Pənah Vaqifin dərs keçdiyi bir-birinə bitişik mədrəsə və məscid binaları olub.

1992-ci il mayın 8-də Şuşa şəhəri Ermənistan tərəfindən işğal olunduqdan sonra məscid xarabalığa çevrilib, onun zəngin interyeri tamamilə, minarəsi isə qismən dağıdılıb.

37 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
23 Noyabr




















21 Noyabr