Bu ilin “Ən seksual kişisi” seçildi
Meryem Uzerli layihəsindən imtina etdi - foto
Son halı görənləri şoka saldı - foto
Polad Əlamdar seriala qatılmayacaq

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Beynəlxalq Muğam Mərkəzi fonda vəsait köçürdü

10-10-2020


Bu gün kiçikdən böyüyə hər bir azərbaycanlı Qarabağın işğaldan azad ediləcəyi günü səbirsizliklə gözləyir. Prezident İlham Əliyevin Azərbaycan xalqına müraciət etdiyi ilk gündən respublikanın hər bir vətəndaşı böyük şərəf hissi ilə ordu sıralarına qatılmağa hazır olduğunu bir daha sübuta yetirdi. Cəbhədə Azərbaycan Ordusunun qazandığı qələbələr xalqımızda ruh yüksəkliyi yaradır.

Mtv.az xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzinin kollektivi şanlı ordumuza dəstək olmaq məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna vəsait köçürüb.

Kollektivimiz ordumuzun Azərbaycanın ərazi bütövlüyünün bərpası və tarixin ədalətin bərqərar edilməsi uğrunda mətin mübarizəsini alqışlayır və böyük zəfər günümüzün yaxında olduğuna inanır.

BMM-in direktoru, Xalq artisti Murad Hüseynov bildirib ki, ordumuza dəstək hər bir azərbaycanlının borcudur. Bu gün hər birimiz qürurlu və eyni zamanda, məsuliyyətli günlər yaşayırıq: “Vətənin bu günlərində heç kim kənarda qalmamalı, hər kəs dövlətimizə və ordumuza əlindən gəldiyi qədər dəstək verməlidir. Biz mədəniyyət və sənət adamları da hər zaman Ali Baş Komandanın və ordumuzun yanındayıq. Şanlı ordumuzun işğalçı Ermənistanın təcavüzkar silahlı qüvvələrinin növbəti hərbi təxribatının qarşısını layiqincə alması, həmçinin işğal altındakı bir sıra əraziləri, strateji yüksəklikləri azad etməsi bir daha təsdiqlədi ki, Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək qüdrətindədir”.

50 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
26 Noyabr










25 Noyabr