Aktyor koronavirusa yoluxdu
Handeni Murada unutdurdu - foto
"Qarabağ"ı həsrət çəkmədən oxuyacam" - müğənni
Koronavirusa telefonundan yoluxdu

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Xalq artisti Azərbaycana dəstək verdi

09-10-2020


Azərbaycanın Xalq artisti, dünyaca məşhur tenor Yusif Eyvazov Ermənistanın Azərbaycana təcavüzünə qarşı mübarizə aparan soydaşlarını dəstəkləyib.

Mtv.az xəbər verir ki, “Instagram”da bu barədə paylaşım edən Xalq artisti qeyd edib:

“Əziz həmvətənlərim! Əziz Azərbaycan xalqım! Artıq neçə gündür ki, Vətənimiz müharibə şəraitində yaşayır və əlbəttə ki, hamımız bunların bitəcəyini, ədalətin qalib gələcəyini və torpaqlarımızın geri qaytarılacağını gözləyirik! Ancaq bu paylaşım bununla əlaqəli deyil... Bu paylaşım siz azərbaycanlılar, Azərbaycanda və onun hüdudlarında yaşayan Azərbaycan vətəndaşları haqqındadır...

Birliyinizə, mədəniyyətinizə, zehninizə heyran oldum, belə bir çətin zamanda hamımızın birləşərək, bir-birimizə dəstək olduğumuza, bir-birimizə hər zamankındən daha yaxın olduğumuza görə inanılmaz dərəcədə xoşbəxtəm... Azərbaycanlı olduğunuza, hamımızın eyni qanı daşıdığımıza, cəsarətli və ədalətli olduğunuza, dürüst və səxavətli olduğunuza görə hamınıza bəslədiyim sonsuz minnətdarlığımı sözlərlə ifadə edə bilmirəm...

Hər şeyin yaxşı olacağını bilirəm və “Instagram” hesabımda mövqelərini ifadə edən bütün oğlanlarla görüşməyi, hər birinizi qucaqlamağı, böyük ölkənin böyük vətəndaşları, böyük Azərbaycan millətinin nümayəndələrinin gözlərinə baxmağı səbirsizliklə gözləyirəm! Sizi çox sevirəm!!!”.

67 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
27 Noyabr
















26 Noyabr