Aktyorun namizədliyi “Oskar”a təqdim ediləcək - foto+video
“Oskar” laureatı Azərbaycana dəstək oldu - foto
Benksin əsəri 9.8 milyon dollara satildı
Jan Klod Van Damm kampaniyaya başladı 

Facebook instagram Twitter Youtube
GÜNDƏM

“Mənim qəhrəman əsgərim” layihəsinə start verildi

01-10-2020


Azərbaycan ordusuna dəstək məqsədilə “Mənim qəhrəman əsgərim” və “Ordumuz üçün yarat” layihələrinə start verilib.

Mtv.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin məlumatına görə, layihələr cəmiyyətdə vətənpərvərlik ruhunun daha da yüksəldilməsi, əsgər və zabitlərin döyüş meydanında yazdığı tarixin bədii yaddaşda, sənət əsərlərində yaşadılması, həmçinin illərdir işğal altında qalan, dağıdılıb talan edilən tarixi-mədəni irsin bir daha dünyaya tanıdılması məqsədi daşıyır. 

“Mənim qəhrəman əsgərim” adlı ədəbiyyat müsabiqəsi Azərbaycan Ordusunun döyüş meydanındakı rəşadətini, igid hərbçilərimizin şücaətinin bədii nümunələrdə əks etdirilməsi məqsədi daşıyır. Müsabiqədə ədəbi əsərlər üçün janr məhdudiyyəti yoxdur. 

BOSCH AzerbaijanHəyata keçiriləcək daha bir layihə “Ordumuz üçün yarat” aksiyasıdır. Layihəyə qoşulacaq hər bir iştirakçı özünün əl işi, təsviri və dekorativ tətbiqi sənət əsərləri, digər nümunələrlə müzəffər Ordumuza sənət dəstəyini, eyni zamanda qabiliyyət və təxəyyülünü ifadə edə bilər. Layihə çərçivəsində ərsəyə gələcək əl işləri torpaqlarımızın bütövlüyünü qoruyan hərbçilərimizə ərməğan ediləcək. 

Layihələrin hər biri haqqında ictimaiyyətə ayrılıqda və ətraflı məlumat veriləcək. İlkin mərhələdə layihələr barədə ətraflı məlumat almaq üçün (012) 498 20 62 nömrəsi ilə əlaqə saxlamaq mümkündür. 

45 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
26 Oktyabr
















24 Oktyabr