Aktyorun namizədliyi “Oskar”a təqdim ediləcək - foto+video
“Oskar” laureatı Azərbaycana dəstək oldu - foto
Benksin əsəri 9.8 milyon dollara satildı
Jan Klod Van Damm kampaniyaya başladı 

Facebook instagram Twitter Youtube
GÜNDƏM

“Qarabağ – mədəniyyətimizin beşiyi” adlı layihəyə start verilir

01-10-2020


Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə dağıdılan, talan edilən mədəniyyət ocaqları, abidələr, tarixi-memarlıq nümunəsi olan tikililər, Azərbaycan xalqının Qarabağda saxtalaşdırmaya və mənimsənilməyə məruz qalan zəngin mədəni irsi ilə bağlı həqiqətlərin beynəlxalq səviyyədə ictimailəşdirilməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən “Qarabağ – mədəniyyətimizin beşiyi” adlı layihəyə start verilir.

Mtv.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin məlumatınaa görə, layihə çərçivəsində mədəni irsimizə qarşı vandalizm aktları, əzəli yurd yerlərimizdəki abidələr, tarixi həqiqətlərin yerli və dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün hazırlanan məlumatların müxtəlif dillərdə qlobal internet məkanında, o cümlədən sosial şəbəkələrdə yayılması nəzərdə tutulur. 

Təbliğat materialları ilkin olaraq Mədəniyyət Nazirliyin rəsmi ”Facebook”, “Instagram” və “Twitter” səhifələrində yayımlanır.

Nazirlik bütün ölkə ictimaiyyətini, xüsusilə gəncləri, tələbələri və könüllüləri təbliğat işinə dəstək olmağa, bu prosesdə fəal iştirak etməyə çağırır.

37 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
26 Oktyabr
















24 Oktyabr