GÜNDƏM
Elton Conun şərəfinə qızıl sikkə hazırlandı
10-07-2020

Vida turnesi çərçivəsində keçirilən konsertlərini pandemiyaya görə təxirə salan britaniyalı müğənni-bəstəkar Elton Conun şərəfinə qızıldan sikkə hazırlanıb.
Mtv.az xəbər verir ki, dizayner Bredli Morqan Conson tərəfindən hazırlanan sikkənin üzərində sənətçinin eynəyi və şlyapası təsvir olunub.
Hərraca çıxarılması planlaşdırılan qəpikdən gələn gəlir Elton Con Xeyriyyə Cəmiyyətinə bağışlanılacaq.
Xatırladaq ki, sənətçinin yarım əsrlik yaradıcılığı şərəfinə hazırlanan xatirə sikkəsinin 85 min dollara (təxminən 144 min 500 manat) satılması planlaşdırılır.
149 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
26 Yanvar
25 Yanvar