Keti Praysın ayaqları sındı - foto
Elçin efirə çıxmamasının səbəbini açıqladı
Vleriyanın biznesi müflis olmayıb
İrem dənizə şortiklə girdi - foto

Facebook instagram Twitter Youtube
GÜNDƏM

"Evdə həyat yoldaşımın sözü keçir" - Səknə İsmayılova

01-07-2020


"1977-ci ildən ailəliyəm. O, mənim sirdaşım, yoldaşım, silahdaşımdır... Əgər bu dövrlərdə bir-birimizlə dil tapıb dolanmışıqsa... Demirəm, ailə həyatında hər şey su kimi axar, rahat olur. Çətinliklər olur. Əsl xanım çətinliklərə dözməlidir".
 
Mtv.az xəbər verir ki, bu sözləri Xalq artisti Səkinə İsmayılova deyib.
 
O, ilk dəfə ailəsindən danışıb və həyat yoldaşı ilə münasibətlərindən söz açıb və bildirib ki, evdə həyat yoldaşının sözü keçir: "Hər zaman deyirəm evdə kişinin sözü keçir. Əksini desəydim, 43 il bir yerdə oturmazdıq. Qohumuq, bibi oğlu dayıqızıyıq. Bu gün də o, deyəndir. Bəlkə bəzi şeyləri həmin an düz demir, emosiyası ilə qərar verir. Sakit dururam, bir müddət sonra izah edirəm ki, düz deyildi.

Sənətə gəlməyin icazəsini alana qədər yollar keçmişəm. Bakılıyıq, xüsusilə də o dövrdə hamı razı olmurdu... Qohum olmağımız mənə bu işdə kömək etdi. Sənətə gəlməyimə icazə verdiyi üçün ona ərə getdim. O dövrdə hər zaman böyüklərin sözü keçirdi".

62 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
8
















7