Seda Sayan hamını təəccübləndirdi
Cütlük yenə ayrıldı
Model toyunu təxirə saldı
Azad Şabanovun evi vaxtilə yanıb

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Rejissor məsələni məhkəmə yolu ilə həll edəcək

16-05-2020


Aktyor Famiz Hüseynovun iddialarına rejissor Faiq Nağıyev cavab verib.

Mtv.az xəbər verir ki, Axşam.az-a açıqlama verən rejissor bildirib ki, məsələni məhkəmə yolu ilə həll etməyi düşünür. O, Famizin "Aldanmış hisslər" serialının rejissoru Faiq Nağıyev aktyorların maaşlarını vermir və orada çəkilmək istəyən qızlara əxlaqsız təkliflər edir" sözlərinə sərt reaksiya verib:"Serialda çəkilən aktrisalar ayağa qalxıb, onlar Famiz Hüseynovu məhkəməyə vermək istəyir. Bu adamın mənimlə rəsmi müqaviləsi yoxdur. Peşəkar aktyorlarla işbirliyindən əvvəl müqavilə bağlamışam. Orada göstərilib ki, 4 bölüm çəkilişdən sonra aktyorlara ödəniş olacaq. Bu adam özü məndən onu seriala çəkməyimi xahiş edib. Qəbul etdim və çəkdim. Çəkilişlə bağlı aramızda ödəniş söhbəti olmayıb. Onu serialdan uzaqlaşdırmağımın səbəbi sosial şəbəkədə yazdığı statuslar olub. Ona dəfələrlə başa saldım ki, özünü yığışdırsın, hətta şahidlərim də var.

Famiz mənə hədə-qorxular gəlir. "Ya məni seriala qaytarmalısan, ya da mənə pul verməlisən, yoxsa səni biabır edəcəm” deyir. 54 nəfər heyət var, hamısı onun şantaj xarakterli səs yazıları ilə tanışdır. Səs yazıları sübut kimi saxlanılır. Əgər o, hərəkətlərinə davam etsə, biz məsələni qanun çərçivəsində həll edəcəyik".

21 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
29 May






















28 May