Aktyor serialdan ayrıldı
Qrayms ruhunun bir parçasını satır
Xatirə imicini dəyişdi - foto
Müğənnilər "O səs Türkiyə"dən gedirlər

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Bakıda 26 dərəcə isti olacaq

05-05-2020


Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mtv.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, gecəyə doğru isə yağış yağacağı gözlənilir. 

Şimşək çaxacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-19° isti, gündüz 21-26° isti olacaq. Bakıda gecə 17-19° isti, gündüz 24-26° isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunundan 752 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 40-45 % olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, mayın 6-da Abşeron yarımadasında mülayim xəzri küləyinin üstünlüyü gözlənilir ki, bu da əksər meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dağətətyi rayonlarda dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu gecə 14-18° isti, gündüz 23-28° isti, dağlarda gecə 3-8° isti, gündüz 11-16° isti olacaq. 

24 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
3 İyun




























2 İyun