Aktyor serialdan ayrıldı
Qrayms ruhunun bir parçasını satır
Xatirə imicini dəyişdi - foto
Müğənnilər "O səs Türkiyə"dən gedirlər

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Rəqs Ansamblı MDB üzrə reytinqdə öndədir

02-05-2020


Azərbaycan Dövlət Rəqs Ansamblı MDB ölkələri üzrə ən yaxşı rəqs ansambllarının top-reytinqində ilk üçlükdə yer alıb.

Mtv.az xəbər verir ki, Mədəniyyət Nazirliyindən verilən məlumata görə, reytinq “Turstat” turizm portalı tərəfindən rəqs ansambllarının çıxışlarının internetdə yayımı və tamaşaçılar arasında populyarlığı əsasında tərtib edilib.

Aprelin 29 -da – Beynəlxalq Rəqs Günü münasibətilə hazırlanan top-reytinqdə ilk üçlüyə Azərbaycan Dövlət Rəqs Ansamblı ilə yanaşı, Belarus Dövlət Rəqs Ansamblı və Qazaxıstanın “Səltənət” Dövlət Rəqs Ansamblı da daxil edilib. Beynəlxalq Rəqs Günü kimi 1982-ci ildən UNESCO-nun Beynəlxalq Rəqs Şurasının təşəbbüsü ilə qeyd olunur.

“Turstat” turizm portalının reytinqi rəqs kollektivlərinin onlayn-yayım təklifləri və populyarlığı üzrə aparılan tədqiqatın nəticələrinə əsasən təqdim olunub.

17 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
3 İyun




























2 İyun