Aktrisa çətin günlərini xatırlatdı
Braziliyalı aktrisa Osmanlı filmində çəkiləcək
Kıvanç yeni layihdə yer alacaq
Tərlan Nur Yaşar koronavirusa yoluxdu

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Sabah 1 may havası olacaq

30-04-2020


Bakıda və Abşeron yarımadasında mayın 1-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Mtv.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, səhər saatlarında zəif duman olacaq.

Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 9-13° isti, gündüz 18-22° isti, Bakıda gecə 10-12° isti, gündüz 19-21° isti olacaq.

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 40-45 % olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, mayın 1-də Bakıda və Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında sabah havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 7-12° isti, gündüz 21-26° isti, dağlarda gecə 2-6° isti, gündüz 8-13° isti olacaq.

207 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
5 Dekabr


























4 Dekabr