Namiq qəmlənməyə lüzum görmür
Müğənni rahat geyinməyi sevir
Modelin kədərli duruşu lağa qoyuldu - foto
Günayın eks əri məlumatları yalanladı - foto

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Sabah yağışlı hava olacaq

08-04-2020


Azərbaycanda sabaha müşahidə olunacaq hava şəraiti açıqlanıb.

Mtv.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, aprelin 9-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Səhər duman olacaq, mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 9-12, Bakıda gecə 5-7, gündüz 10-12 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunundan 764 mm civə sütununa enəcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Aprelin 9-da Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1-5, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.

38 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
28 May






















27 May