Cütlük toy tarixini dəqiqləşdirdi 
Mikela Z nəslinin dəb ikonudur
Edis çətin vəziyyətə düşdü
Müğənni hər şeyin qiymətini bilir

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Bakı Kamera Orkestri  çağırışa qoşuldu

01-04-2020


Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin nəzdində fəaliyyət göstərən Bakı Kamera Orkestri dünya şöhrətli bəstəkar Qara Qarayevin “İldırımlı yollarla” baletindən bir hissəni ifa edərək #senetinledestekle çağırışına qoşulub.

Mtv.az xəbər verir ki, videoçarxın əsas mahiyyəti isə “Güc birlikdədir”, ayrı-ayrı yerdə yaşasaq və yaratsaq da, Vətənimizə, xalqımıza, dünyamıza xidmət edərək bir orkestr halında birləşmək və dövləti dəstəkləməkdir.

Xtırladaq ki, 2011-ci ildən fəaliyyətə başlayan Bakı Kamera Orkestrinin bədii rəhbəri Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının beynəlxalq əlaqələr üzrə prorektoru, Xalq artisti, professor Yeganə Axundova, dirijoru, Əməkdar artist Fuad İbrahimovdur. Orkestrin tərkibinə gənc Beynəlxalq müsabiqə laureatları və istedadlı ifaçılar daxildir.

Orkestr dünyanın bir çox ölkələrində konsert proqramları ilə qastrol səfərlərində olub, Azərbaycanın və dünyanın tanınmış sənətçilərini müşayiət edib.

39 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
31 May


























30 May