Dünya şöhrətli müğənni rəfiqəsi ilə nişanlandı
Culiya Roberts malikanəsini 8 milyona satdı
Rihanna 10 ildə dörd uşaq istəyir
Elvin bütün gününü evdə keçirir

Facebook instagram Twitter Youtube
GÜNDƏM

“Bizi birləşdirən mədəniyyət” layihəsinə start verilir

26-03-2020


Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalı birgə “Bizi birləşdirən mədəniyyət” layihəsinə start verir.

Mtv.az xəbər verir ki, layihə çərçivəsində televiziya ilə musiqi dərsləri, kukla tamaşaları, həmçinin konsert proqramları və mono-tamaşa nümayişi nəzərdə tutulur. Televiziya ilə musiqi dərsləri həftə içi 5 gün ayrı-ayrı musiqi alətləri üzrə təqdim olunacaq və müxtəlif siniflərin proqramını əhatə edəcək.

Həftə içi 6 gün “Mədəniyyət” kanalının efirində Azərbaycan Dövlət Kukla Teatrının əməkdaşları uşaqlar üçün nağıl tamaşaları (hər gün 15 dəqiqə) təqdim edəcəklər. Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində kiçik musiqi qruplarının (vokal, fortepiano, skripka və s.) çıxışları lentə alınaraq televiziya ilə nümayiş olunacaq.

Layihə çərçivəsində həmçinin Beynəlxalq Muğam Mərkəzində həftə içi 5 gün olmaqla üç musiqiçinin iştirakı ilə xalq mahnıları, instrumental milli rəqs havalarının ifaları televiziya tərəfindən çəkilərək sənətsevərlərə təqdim ediləcək. Eyni zamanda Beynəlxalq Muğam Mərkəzində həftə içi 2 gün bir aktyorun iştirakı ilə müxtəlif tamaşalardan parçalar lentə alınaraq televiziya ilə göstəriləcək.

Layihə üzrə nümayiş olunacaq proqramların konkret efir vaxtı barədə əlavə məlumat veriləcək.

Xatırladaq ki, Mədəniyyət Nazirliyi və “Mədəniyyət” kanalının əməkdaşlığı əsasında həmçinin mədəniyyətimizin digər istiqamətləri – kino sənətimiz, təsviri sənət, muzeylər, kitabxanalar, tarixi abidələrimiz, xalq yaradıcılığı, yaradıcı mədəni sənaye və s. sahələrlə bağlı birgə layihələr də hazırlanmaqdadır.

19 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
3 Aprel


2 Aprel