Sərdar Ortaç qadın həmkarını qəzəbləndirib
Müğənni COVID-19-a yoluxdu
"Hamımız günahkarıq" - müğənni
Müğənni koronavirus şübhəsi ilə test olundu

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Xətainin “Divan”ının nadir nüsxəsi tapıldı

22-03-2020


Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə Özbəkistanda Azərbaycana aid qorunan qədim əlyazmalarla bağlı tədqiqat işi həyata keçirib.

Mtv.az xəbər verir ki, tədqiqat Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi əsasında aparılıb. Tədqiqat işinə əsasən, Azərbaycana dair Özbəkistan Milli Elmlər Akademiyasının Biruni adına Şərqşünaslıq İnstitutunda saxlanılan əlyazmaların müəyyən edilməsi, onların kataloqunun hazırlanması, surətlərinin qarşılıqlı əsaslarla AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutu ilə mübadiləsi həyata keçiriləcək.

Aparılan tədqiqat zamanı Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli və başqa tanınmış Azərbaycan klassiklərinin çoxsaylı əlyazma əsərləri aşkar olunub və ilkin tədqiqata cəlb edilib. Bu əlyazmalar arasında ölkəmiz üçün dəyərli və önəmli hesab edilən Şah İsmayıl Xətainin anadilli “Divan”ının əlyazma nüsxəsi də var. Xətainin anadilli “Divan”ının digər nüsxələri Britaniya Muzeyində və İran İslam Respublikasında qorunmaqdadır.

Əlyazma nüsxəsinin surəti daha geniş tədqiqat və nəşr üçün Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovun təşəbbüsü ilə əldə olunub.

Əlyazmanın katibi Şah Məhəmməd əl-Nişapuridir. Əlyazmanın köçürülmə tarixi hicri tarixi ilə 942-ci il göstərilir (Miladi tarixlə 1535 kimi qeyd edilib). Əlyazma incə nəstəliq xətti ilə köçürülüb, həcmi 84 vərəqdir.

Xatırladaq ki, Şah İsmayıl Xətainin anadilli “Divan”ının Daşkənd nüsxəsi yaxın vaxtlarda nəşr olunacaq və rəsmi surətdə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutuna hədiyyə ediləcək.



18 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
4 Aprel




























3 Aprel