GÜNDƏM
Fond Rəhmanın müalicəsini öz üzərinə götürdü
24-02-2020

Əməkdar artist Rəhman Rəhmanovun əməliyyat xərclərini Heydər Əliyev Fondu öz üzərinə götürüb.
Mtv.az xəbər verir ki, ötən gün öd kisəsindən əməliyyat olunan Əməkdar artist bu barədə açıqlamasında məlumat verib.
“Bir saat öncə Heydər Əliyev Fondunun nümayəndəsi mənimlə əlaqə saxladı və bildirdi ki, bütün əməliyyat xərclərini fond öz üzərinə götürüb. Bu zəng mənim üçün gözlənilməz oldu.
Birinci vitse-prezident Mehriban xanım Əliyeva səhhətimlə maraqlanıb. Ailəm və öz adımdan cənab Prezident İlham Əliyevə və Mehriban xanıma dərin təşəkkürümü, minnətdarlığımı bildirirəm”.
Xatırladaq ki, Əməkdar artist Rəhman Rəhmanov sabah yenidən əməliyyat olunacaq.

207 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
27 Yanvar
26 Yanvar