“Kurdlar vadisi”nin aktyoru dünyasını dəyişdi
Aktyor koronavirusdan öldü
Hadisənin ailəsində qalmaqal səngimir
Tatlısəsin sevgilisi xəstəxanaya düşüdü - foto

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Sabah 18 dərəcə isti olacaq

22-02-2020


Bazar günü Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. 

Mtv.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 23-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub küləyi gündüz şimal küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 4-7° isti, gündüz 8-11° isti, Bakıda gecə 5-7° isti, gündüz 8-10° isti olacaq.

Atmosfer təzyiqi 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Bəzi yerlərdə duman, gecə və səhər şərq rayonlarında çiskin olacaq.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 4-8° isti, gündüz 13-18° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-11° isti olacaq. 

36 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
1 Aprel














31 Mart