Roza Somalidən övladlığa uşaq götürmək istəyir
“Kurdlar vadisi”nin aktyoru dünyasını dəyişdi
Aktyor koronavirusdan öldü
Hadisənin ailəsində qalmaqal səngimir

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Rübabə Muradovanın xatirəsi yad olundu - foto

22-02-2020


Fevralın 21-də Beynəlxalq Muğam Mərkəzində (BMM) Xalq artisti Rübabə Muradovanın xatirəsi yad olunub.

Mtv.az xəbər verir ki, Muğam Mərkəzinin “Unudulmayanlar” layihəsi çərçivəsində reallaşan tədbirdə tanınmış mədəniyyət və incəsənət xadimləri, görkəmli xanəndənin sənət dostları və yaxınları iştirak ediblər.

Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhminin aparıcılığı ilə keçən tədbirdə unudulmaz xanəndənin həyat və yaradıcılığından söz açılıb, onun mədəniyyətimizin inkişafındakı xidmətlərindən bəhs olunub.

Rübabə Muradovanın yaradıcılıq bioqrafiyasında Opera və Balet Teatrının xüsusi yer tutduğunu qeyd edən çıxışçılar müğənni ilə bağlı xatirələrini bölüşüblər.

Anasının xatirəsinə göstərilən ehtirama görə sənətkarın qızı Tahirə Muradova tədbirin iştirakçılarına və təşkilatçılara təşəkkürünü bildirib.

Tədbir konsert proqramı ilə davam edib.

Gecədə səhnəmizin unudulmaz Leylisi haqqında ən xoş və həzin xatirələr səsləndirilib, tanınmış xanəndələrin repertuarında onun vaxtı ilə ifa etdiyi mahnılara müraciət olunub.









36 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
1 Aprel
















31 Mart