Murad Boz yeni mahnılar hazırlayıb
Safurə Əliyeva ailəsi ilə dincəlir - foto
Kənan M.M. Azərbaycan ifaçılarından danışdı
Aktrisa kənd qadını obrazına girdi - foto

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Müslüm Maqomayevdən bəhs edən serialın treyleri yayımlandı - video

21-02-2020


Rusiyanın birinci kanalı mərhum Xalq artisti Müslüm Maqomayevin həyatından bəhs edən serialın treylerini yayımlayıb.

Mtv.az xəbər verir ki, “Mediaslovo” şirkətinin ərsəyə gətirdiyi “Maqomayev” adlanan ekran işində sənətçinin obrazını serbiyalı aktyor Bikoviç Miloş canlandırıb. M.Maqomayevin həyat yoldaşı Tamara Sinyavskaya obrazına İrina Antonenko, rusiyalı bəstəkar Aleksanda Paxmutova obrazına isə Mariya Şalayeva həyat verib.

Ekran işində Babkina Kseniya, Svetlana Ustinova, Nikiya Tarasov, Alyona İvçenko, Maksim Laqaşkin də çəkilib.

Serialda hadisələr 1960-cı illərdə “Brejnyev dönəmi”ndə cərəyan edir.

Xatırladaq ki, 8 seriyadan ibarət ekran işi Xalq artisti Emin Ağalarov və iş adamı Araz Ağalarovun dəstəyi ilə çəkilir.

107 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
4 İyul
















3 İyul