GÜNDƏM
“Söz” Xocalı faciəsinin qurbanlarına həsr olunacaq
24-02-2020

Beynəlxalq Muğam Mərkəzində keçiriləcək “Söz” ədəbi layihəsinin növbəti tədbiri Xocalı soyqırımına həsr ediləcək.
Mtv.az xəbər verir ki, fevralın 25-də reallaşacaq gecədə “Unutmadıq!” adlı bədii proqram təqdim olunacaq.
ecədə Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş şeir müsabiqəsinin finalçılarının ifaları və xalq musiqilərindən parçalar səsləndiriləcək.
“Xocalıya ədalət!”, “Xalqın gücü birliyində və yaddaşındadır!” şüarları ilə baş tutacaq tədbirə giriş sərbəstdir.
Xatırladaq ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşan, gənc istedadlı şairlərin ortaya çıxarılması, cəmiyyətə tanıdılması məqsədi ilə həyata keçirilən layihənin rəhbəri, şair Nigar Həsənzadədir.
209 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
27 Yanvar
26 Yanvar