İdo sevgilisi ilə klip çəkdirdi - video
Əməkdar artist nəvəsinin adını Səid qoydu
Şahzadə ilə Hollivuda köçməyə hazırlaşır
Aktyor seriala transfer olundu

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Rübabə Muradovanın xatirəsi anılacaq

21-02-2020


Beynəlxalq Muğam Mərkəzinin “Unudulmayanlar” layihəsi davam edir.

Mtv.az xəbər verir ki, layihə çərçivəsində fevralın 21-də Xalq artisti, unudulmaz xanəndə Rübabə Muradovanın xatirəsi anılacaq.

Heydər Əliyev Fondu tərəfindən Beynəlxalq Muğam Mərkəzinin muzey hissəsində Azərbaycan muğam sənətinin inkişafındakı xidmətlərinə görə büstü ucaldılan 30 muğam korifeyinin yaradıcılığına həsr edilən layihənin silsilə buraxılışları ictimaiyyət tərəfindən böyük maraqla qarşılanır. Rübabə Muradovanın büstü də Heydər Əliyev Fondu tərəfindən ucaldılan 30 büst sırasındadır.

Xatırladaq ki, Rübabə Muradova uzun illər Opera və Balet Teatrının solisti kimi fəaliyyət göstərib, bu işdə yorulmadan çalışaraq bir-birindən gözəl obrazlar yaradıb. Burada çalışdığı müddətdə teatrın səhnəsində Leyli, Əsli, Xanəndə qız (Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Koroğlu” operaları), Ərəbzəngi (Müslüm Maqomayevin “Şah İsmayıl” operası), Şahsənəm (Zülfü Hacıbəylinin “Aşıq Qərib" operası), Sənəm (Şəfiqə Axundovanın “Gəlin qayası” operası) kimi yaddaqalan obrazlar yaradıb və dinləyici auditoriyasında böyük uğur qazanıb.

36 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
10 Aprel






























9 Aprel