İdo sevgilisi ilə klip çəkdirdi - video
Əməkdar artist nəvəsinin adını Səid qoydu
Şahzadə ilə Hollivuda köçməyə hazırlaşır
Aktyor seriala transfer olundu

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Musiqi müsabiqəsinin ikinci turu keçirildi

20-02-2020


M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının kamera və orqan musiqisi zalında gənc ifaçıların “World harmony” lll beynəlxalq klassik və folklor musiqi müsabiqəsinin ikinci turu keçirilib.

Mtv.az xəbər verir ki, nominantlar ansambl və fərdi şəkildə təşkil olunmuş skirpkaçılardan ibarət olub.

Yarışmada müxtəlif yaş qrupları üzrə respublikamızın və dünyanın müxtəlif ölkələrindən (Belarus, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Rusiya, Ukrayna) ifaçılar iştirak edib.

Müsabiqə instrumental solo (fortepiano, simli alətlər, nəfəs və zərb alətləri, xalq çalğı alətləri), vokal (akademik, milli, estrada), rəqs və instrumental ansambllar (klassik və milli), vokal ansambllar (akademik və milli), xor və rəqs kollektivləri nominasiyaları üzrə təşkil edilib.

Üç turdan ibarət olan müsabiqədə bütün iştirakçılar diplomla, qaliblər isə diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.

“Harmoniya” Gürcü Folkloru və Klassik Musiqisinin İnkişafı Birliyi, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə dəstək” layihəsi və Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə reallaşan müsabiqənin bağlanış mərasimi filarmoniyada keçiriləcək.

61 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
10 Aprel






























9 Aprel