Aktyor koronavirusdan öldü
Hadisənin ailəsində qalmaqal səngimir
Tatlısəsin sevgilisi xəstəxanaya düşüdü - foto
Model yaraşıqlı kişi axtarır - foto

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Onlar yeni mahnılarını təqdim etdilər - video

15-02-2020


Azərbaycan müğənnilərinin bir neçəsi Sevgililər günü ərəfəsində yeni mahnılarını təqdim edib.

Rakus.az xəbər verir ki, Xalq artisti Faiq Ağayevə sözləri Leyla Əliyeva, musiqisi Nadeer NəğdPula aid olan “Берегите Самых Дорогих...” mahnısını izləyiciləri ilə bölüşüb.

Günay İbrahimlinin yeni mahnısı isə “Yansın” adlanır. Mahnının sözləri Altay Yaşara, musiqisi Pərviz Mahmudova, aranjımanı isə Hakan Erola məxsusdur.

Müğənni Elvin Abdullayevin “Sevgi əsiri”nin bəstəsinə özünə, sözləri Telli Orucqızına məxsusdur. Elvin bildirib ki, sevgidən bəhs edən mahnını Sevgililər gününə həsr edib:

“Uzun müddətdir mahnı üzərində çalışıram. Düşündüm ki, sevgidən bəhs edən mahnını məhz elə özəl gündə təqdim edim. Ümid edirəm ki, Sevgililər günündə sevənlərin dinləyəcəyi bir nəğmə olacaq. Hər kəs təki sevgi əsiri olsun”.

Murad Arif isə müəllifi olduğu “Oğlum” adlı mahnısına Xalq artisləri Nurəddin Mehdixanlı və Həmidə Ömərova ilə birlikdə klip çəkdirib.

Dilarə Kazımova da mahnısını bu gün təqdim edib. “Heç vecimə deyilsən” adlı mahnının müəllifi Nəzrin Vəlizadədir. Klipi isə Nigar Məmmədova ekranlaşdırıb. 

Müğənni Rəqsanə İsmayılova isə “Həyatıma xoş gəldin” mahnısı üçün həyat yoldaşı ilə kamera qarşısına keçib. 













 

60 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
1 Aprel








31 Mart