Roza Somalidən övladlığa uşaq götürmək istəyir
“Kurdlar vadisi”nin aktyoru dünyasını dəyişdi
Aktyor koronavirusdan öldü
Hadisənin ailəsində qalmaqal səngimir

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Sabah bəzi yerlərdə qar yağacaq

15-02-2020


Azərbaycanda bazar gününə gözlənilən hava şəraiti açıqlanıb.

Mtv.a xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, fevralın 16-da Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər bəzi yerlərdə duman, çiskinli, Cənub-qərb küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 1-4° isti, gündüz 7-10° isti, Bakıda gecə 1-3° isti, gündüz 8-10° isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə isə Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin axşam bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir Gecə və səhər ayrı-ayrı yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturugecə 0-5° isti, gündüz 8-13° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.

47 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
1 Aprel


















31 Mart