Roza Somalidən övladlığa uşaq götürmək istəyir
“Kurdlar vadisi”nin aktyoru dünyasını dəyişdi
Aktyor koronavirusdan öldü
Hadisənin ailəsində qalmaqal səngimir

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Balet bölməsinin açılışı olub

15-02-2020


Həmyerlimiz, dağıstanlı bəstəkar, dirijor, SSRİ xalq artisti, Azərbaycanın “Dostluq” ordeninin laureatı Murad Kajlayevin xüsusi istedadlı uşaqlar üçün incəsənət məktəbində balet bölməsinin təntənəli açılışı olub.

Mtv.az xəbər verir ki, Dərbənd şəhəri Azərbaycanlıların Milli-Mədəni Muxtariyyətinin sədri Telman Tahirli bildirib ki, Mahaçqalada balet bölməsinin təntənəli açılış mərasimi keçirilib.

Əlamətdar hadisə ilə əlaqədar məktəbi təbrik etmək üçün açılışda fəxri qonaqlar – Azərbaycan Dövlət Rəqs Ansamblının bədii rəhbəri Rüfət Xəlilzadə, Rusiya Federasiyasının Prezidenti yanında Dağıstan Respublikasının daimi nümayəndəsinin müavini Hacımurad Kajlayev, Rusiya Federasiyasının Prezidenti yanında Dağıstan Respublikasının daimi nümayəndəsinin birinci müavini Həmzət Həmzətov, Həştərxan Dövlət Konservatoriyasının professoru Lyudmila Kruqlova, Dağıstanın Mədəniyyət naziri Zarema Butayeva, Azərbaycan diasporunun nümayəndələri və digərləri iştirak ediblər.

Xüsusi istedadlı uşaqlar üçün incəsənət məktəbinin xoreoqrafiya bölməsinin zalına görkəmli xoreoqraf, rus baletinin peşəkarı Oleq Vinoqradovun adı verilib.

46 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
1 Aprel
















31 Mart