GÜNDƏM
Müslüm Maqomayevin xatirəsinə konsert olacaq
17-02-2020

Moskvada, Dövlət Kreml Sarayında Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş konsert keçiriləcək.
Mtv.az xəbər verir ki, Azərbaycanın və Rusiyanın dünyaşöhrətli müğənni və bəstəkarı, SSRİ-nin Xalq artisti Müslüm Maqomayevə həsr olunan konsert martın 14-də Dövlət Kreml Sarayında təşkil ediləcək.
Moskvanın “Russkaya filarmoniya” simfonik orkestri və “XXI əsrin tenorları” art-layihəsi əfsanəvi müğənni və bəstəkara həsr olunan xüsusi proqram hazırlayıblar.
Həmin axşam Müslüm Maqomayevin repertuarından mahnılar səslənəcək.
177 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
27 Yanvar
26 Yanvar