İdo sevgilisi ilə klip çəkdirdi - video
Əməkdar artist nəvəsinin adını Səid qoydu
Şahzadə ilə Hollivuda köçməyə hazırlaşır
Aktyor seriala transfer olundu

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Dinara “Bohema” operasında oxuyacaq

20-02-2020


Martın 11-dən 22-dək İtaliyada Turin Kral Teatrında Cakomo Puççininin “Bohema” operası nümayiş etdiriləcək.

Mtv.az xəbər verir ki, martın 11, 13, 15, 18 və 22 tarixlərində səhnə əsərində Miminin partiyasını Azərbaycanın Xalq artisti Dinara Əliyeva ifa edəcək.

Dinara Əliyeva 2009-cu ildən Rusiyada Böyük Teatrın solistidir. O, dünyanın məşhur opera teatrı səhnələrində və konsert zallarında çıxış edir. İfaçının 2010-cu ildə Bakıda məşhur tenor Plasido Dominqo ilə birgə konserti olub. Onun C.Verdinin anadan olmasının 200 illiyi münasibətilə Fransanın Kolmar və Çexiyanın Praqa şəhərlərində “GalaVerdi” adlı solo konsertləri böyük uğurla keçib. 2015, 2017 və 2019-cu illərdə Moskvada Dinara Əliyevanın “Opera Art” beynəlxalq musiqi festivalları keçirilib.

42 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
10 Aprel






























9 Aprel