İdo sevgilisi ilə klip çəkdirdi - video
Əməkdar artist nəvəsinin adını Səid qoydu
Şahzadə ilə Hollivuda köçməyə hazırlaşır
Aktyor seriala transfer olundu

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Emil Moskvada solo konsert verəcək

21-02-2020


Müğənni və gitaraçı Emil Qədirov martın 21-də Moskvada “Vegas City Hall”da solo konsert proqramı ilə çıxış edəcək.

Mtv.az xəbər verir ki, iki hissədən ibarət konsertdə Emil Qədirov həm dünya hitlərini yeni tərzdə səsləndirəcək, həm də estrada kompozisiyalarından tutmuş instrumental musiqiyədək müəllif mahnıları ilə çıxış edəcək. Bu barədə məlumat “Vegas City Hall”un saytında da yer alıb.

E.Qədirov Kreml Sarayında, İttifaqlar evinin sütunlu salonunda, Moskva musiqi evi, Mərkəzi alimlər evi, Xilaskar İsa Məbədində solo konsert proqramları ilə çıxış edib. O, Rusiyanın “Qolos” layihəsinin iştirakçısı olub, hazırda “Qradskiy Holl” teatrının solistidir. Həmvətənimizin repertuarına dünya klassik operasından ariyalar, dünya bəstəkarlarının romansları və estrada mahnıları daxildir. 2017-ci ildə onun “Məhəbbət, sən nifrətlə dostluq edirsən...” albomunun təqdimatı olub.

43 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
10 Aprel






























9 Aprel