Serenay serialında rol alacaq
Serialın yayım tarixi bəlli oldu
 Aktyor restoranını bağladı
Səmra Rəhimli videoya görə tənqid olundu - foto

Facebook instagram Twitter Youtube
GÜNDƏM

“Beauty Party Baku” adlı gözəllik gecəsi - foto

22-01-2020


“Beauty Party Baku” adlı gözəllik gecəsi baş tutub.

Mtv.az xəbər verir ki, şəhərin məşhur otellərindən birində keçirilən gecənin təşkilatçısı aparıcı Samirə Rəhimova və psixoloq həyat yoldaşı Kənan Rəhimov olub.

Gecənin aparıcılığını da Samirə özü edib. Tədbirdə şou-biznes nümayəndələri, aparıcılar, jurnalistlər, müxtəlif nominasiyada mükafat alıblar.

Bir çox tanınmış sima mərasimə geyindiyi fərqli tərzdə libasla diqqət çəkiblər. Onlar arasında aparıcı Fəxriyyə Lilpar, prodüser Mədinə Məlik, rəqqasə Fatimə Fətəliyeva da yer alıblar.

Fəxriyyə məşhur "Xarı bülbül" çiçəyi formasında hazırlanan don geyinib. Fatimə isə gəlinlik paltarını xatırladan ağ geyimdə məclisə qatılıb.

Mükafatlandırma gecəsində təltif olunanlar arasında Xalq artisti Məleykə Əsədova, Əməkdar artistlər Vasif Məhərrəmli, Ədalət Şükürov, stilistlər Nigar İbrahimova, Anar Ağakişiyev, modelyer Gülnarə Xəlilova və başqaları yer alıblar.











75 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
30 Mart


























29 Mart