Serenay serialında rol alacaq
Serialın yayım tarixi bəlli oldu
 Aktyor restoranını bağladı
Səmra Rəhimli videoya görə tənqid olundu - foto

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Xalq artisti Vəli Qədimovun xatirəsi anılacaq

22-01-2020


Yanvarın 23-də Beynəlxalq Muğam Mərkəzi və “Mədəniyyət” kanalının birgə təşkilatçılığı ilə Xalq artisti, unudulmaz klarnet ifaçısı Vəli Qədimovun 80 illiyinə həsr olunmuş tədbir təşkil ediləcək.

Mtv.az xəbər verir ki, tədbir çərçivəsində klarnet ustasının həyat və yaradıcılığından bəhs olunacaq.

Xatırladaq ki, Vəli Qədimov görkəmli sənətkar Baba Salahovun rəhbərlik etdiyi ansamblda fəaliyyətə başlayıb. Az vaxt ərzində istedadı ilə ustad sənətkarların diqqətini cəlb edərək xalqın sevdiyi ifaçılardan olub. Mahir klarnet ifaçısı uzun illər SSRİ və Azərbaycanın Xalq artisti Zeynəb Xanlarovanın ansamblında çalışıb. Onun ifa etdiyi oyun havaları və xalq musiqisi nümunələrinin lent yazıları hazırda Azərbaycan Radiosunun “Qızıl fondu”nda qorunur.

79 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
30 Mart


























29 Mart