Serenay serialında rol alacaq
Serialın yayım tarixi bəlli oldu
 Aktyor restoranını bağladı
Səmra Rəhimli videoya görə tənqid olundu - foto

Facebook instagram Twitter Youtube
GÜNDƏM

"Özümü deputat kürsüsündə görmürəm" - Xalq artisti 

17-01-2020


"2019-ci ilin son konserti üçün Türkiyədəydim. Konsertin səhəri günü jurnalistlərdən mənə zəng gəldi ki, millət vəkili olmaq niyyətindəsiz. Çox təəccübləndim, çünki heç bir siyası partiyanın üzvü deyiləm".

Mtv.az xəbər verir ki, bu sözləri Xalq artisti Mənsum İbrahimov deyib.

O bildirib ki, bu xəbəri eşidən hər kəs ona dəstək olmaq istəyib: "Hər kəsə, xüsusilə Qarabağ əhalisinə təşəkkürümü bildirirəm. Amma hələ ki, özümü deputat kürsüsündə görmürəm. Çünki muğamla bağlı reallaşdırmaq istədiyim bir çox layihələrim var. Düzdür, müəyyən tranplin açılır, amma buna baxmayaraq, mən istədiyim tribunadan fikirlərimi rahatlıqla səsləndirə bilirəm. İctimai xadim olaraq sözümü deyirəm. Yaradıcı insan olaraq gedib orada oturmağım ancaq işimə mane olacaq. Təbii ki, parlamentdə mədəniyyət xadimlərinə də ehtiyac var, amma mən istəmirəm. Seçkilərdə iştirak etmək hər bir kəsin haqqıdır, amma son söz vətəndaşındır. İndiyə kimi bizim bölgəmizdən olan bütün millət vəkillərindən razıyam. Ola bilsin, sakinin gözləntisi daha böyük olsun, amma hər bir insanın görə biləcəyi iş var. Mən çalışıram ki, hər şeyə real baxım".

96 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
30 Mart


























29 Mart